İsveç XİN rəhbəri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

14:16 | 09.02.2016
İsveç XİN rəhbəri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

İsveç XİN rəhbəri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür”

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu İsveç Krallığının xarici işlər naziri Marqot Vallström İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
 
İsveç xarici işlər naziri qeyd edib ki, vəziyyətin eskalasiyasına imkan verməmək üçün bütün imkanlar səfərbər edilməlidir. Onun sözlərinə görə, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll yolunun tapılması istiqamətində işlər davam etdirilməlidir.
 
"Tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün çalışmağa çağırırıq”, - deyə M. Vallström əlavə edib.
 
Qeyd edək ki, İsveçin xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bu gün Bakıya gələcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti