İsveçdə "erməni soyqırımı"na abidə qoyulmasının qarşısı alındı

21:50 | 02.06.2015
İsveçdə

İsveçdə "erməni soyqırımı"na abidə qoyulmasının qarşısı alındı

İsveç Krallığının iki şəhərindən birində ermənilərin uydurma "soyqırım"a abidə ucaltmasının qarşısı alınıb, digərində isə bununla bağlı məhkəmə işi başlayıb.

İsveç Türk Federasiyasının rəhbəri Həsən Döləkin APA-ya verdiyi məlumata görə, Södertelye (Södertalje) şəhərində bələdiyyənin saxta "soyqırım" abidəsinin qoyulmasına icazə verməsinə baxmayaraq, məhkəmə yolu ilə bu cəhdin qarşısı alınıb. O bildirib ki, ermənilər növbəti dəfə İsveçin iri şəhərlərindən biri olan Nörrköpingdə abidə ucaltmaq üçün rəsmi razılıq alıblar: "Şəhərin mərkəzində abidə ucaltmaq istəyirlər. Biz məhkəməyə müraciət etmişik. Əminəm ki, bu cəhdin də qarşısını alacağıq”.
 
H. Dölək onu da əlavə edib ki, bu işdə Azərbaycan diasporu onlara yaxından dəstək verir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM