İsveçrə Milli Bankının açıqladığı "İsveçrə bankları-2014" adlı hesabatına görə, bu ölkənin banklarına ən çox pul yatıran dövlətlərin siyahısında birinci yerdə 14,5 mlrd. dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
"Report"un verdiyi xəbərə görə, siyahıda sonrakı yeri Səudiyyə Ərəbistanı (10 mlrd. dollar), Livan (6,1 mlrd. dollar), Küveyt (4,1 mlrd. dollar) və Misir (3,01 mlrd. dollar) tutub.
Məlumata əsasən, İordaniya vətəndaşlarının İsveçrə banklarında saxladığı pulun miqdarı əvvəlki ilə nisbətən 12% artaraq 3 mlrd. dolları keçib. İordaniya maliyyə qurumlarının pulu 1.7 mlrd. dollar, şəxslərin pulu 1,3 mlrd. dollar təşkil edib.
Açıqlanan hesabata əsasən ərəblərin İsveçrə banklarında ümumilikdə 46 mlrd. dollar pulu var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !