İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib

09:48 | 12.01.2025
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib

İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib

İsveçrə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.Bu barədə "Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən yazıb.

"Bürgenştok sammitindən sonra Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə mütəmadi olaraq məlumatlandırılıblar”, - deyə o qeyd edib.

Eyni zamanda, qəzet yazır ki, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək və sadəcə iki lider arasında görüşə hazır olan ölkələrdən biri kimi çıxış edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM