İsveçrə Səfirliyi sizi Şəhriyar İmanovun konsertinə dəvət edir

12:03 | 22.02.2019
İsveçrə Səfirliyi sizi  Şəhriyar İmanovun konsertinə dəvət edir

İsveçrə Səfirliyi sizi Şəhriyar İmanovun konsertinə dəvət edir

İsveçrə Səfirliyi sizi fevralın 27-i saat 19.00-da Milli Konservatoriyanın böyük zalında tanınmış tar ifaçısı Şəhriyar İmanovun konsertinə dəvət edir!

Tar xalq musiqisində istifadə olunan Azərbaycanın ənənəvi simli alətidir. İsveçrə özünün İnkişaf və Əməkdaşlıq Agentliyi vasitəsilə tar və piano üçün musiqi notlarının transkripsiyası və nəşrini maliyyələşdirmişdir. Kitabda 20-ci əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilir. Bu yeni musiqi kitabı Milli Konservatoriyanın tədris planına daxil ediləcək və bu konsert çərçivəsində ictimaiyyətə təqdim olunacaq.
Giriş sərbəstdir.


İştirakinizı 26 fevral tarixinədək təsdiq etməyiniz xahiş olunur.

Facebook-da məlumat.

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM