İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

23:00 | 28.09.2022
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.34 yaşlı qolkiper buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda müvəffəq olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə icazə verməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM