İsveçrə prezidenti də Azərbaycan müxalifəti ilə görüşəcək

13:17 | 02.06.2014
İsveçrə prezidenti də Azərbaycan müxalifəti ilə görüşəcək

İsveçrə prezidenti də Azərbaycan müxalifəti ilə görüşəcək

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter bu gün müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Aktual.az-ın əldə etdiyi məlumata görə, görüş saat 17.00-da "Four Seasons Hotel"də baş tutacaq. Məlumatda bildirilir ki, ölkəmizdə rəsmi səfərdə olan Didye Burkhalterlə görüşdə REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak edəcək. Son günlər ətrafında qalmaqallar səngiməyən hüquq müdafiəçisi Leyla Yunus, həmçinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də Didye Burkhalterlə müzakirələrdə iştirak edəcəyi istisna edilmir. 

AXCP-nin sədr müavini Razi Nurullayev, Müsavat Partiyasından Mehman Cavadoğlu və REAL Hərəkatının icra katibi Natiq Cəfərli Didye Burkhalterlə bugünkü görüş barədə xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, bir müddət əvvəl ölkəmizdə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Olland da müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmüşdü.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM