İsveçrə müdafiə nazirliyi "Rus pəhləvanları"nın aviaşousunda iştirakını ləğv edib. ANS PRESS-in məlumatına görə, buna səbəb son günlər Rusiya ilə hərbi əlaqələrin məhdudiyyətinə yönəldilmiş siyasətdir.İsveçrə aviaşouda ən yüksək pilotajın nümayişi olan "Rus pəhləvanları" Rusiya avia qrupunun iştirakını ləğv etdiyini bəyan edib. Bu haqda federal departament müdafiə konfederasiyası məlumat verib.Bu qərar "əvvəlki və indiki siyasətlə əlaqədar, Rusiya ilə hərbi əlaqələrin məhdudiyyətinə yönəldilmiş addımdır", - deyə yayılmış xəbərdə idarə izah edib.Qeyd edək ki, İsveçrənin Hərbi Hava Qüvvələrinin 100 illiyinə həsr edilmiş “Air 14” aviaşousu Payern şəhərində 30-31 avqustda və 6-7 sentyabrda olmalıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !