İsveçrədən Rusiyaya ZƏRBƏ

17:10 | 17.12.2014
İsveçrədən Rusiyaya ZƏRBƏ

İsveçrədən Rusiyaya ZƏRBƏ

İsveçrə Ukrayna böhranı ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiya siyahısını artırıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki,

İsveçrə İqtisadiyyat müşavirliyinin internet saytındakı məlumata görə, Rusiyaya sanksiyalar çərçivəsində 13 nəfər və 5 təşkilata da məhdudiyyət qoyulub.

Xatırladaq ki, İsveçrə Rusiya ilə əlaqədar sanksiya siyahısına 6 avqustda 18 rus şirkəti ilə 26 şəxsi, 27 avqustda 11 şəxs və 5 bankı, son olaraq 13 noyabrda 24 nəfəri əlavə etmişdi.

Avropa Birliyi üzvü olmayan, lakin Şengen qaydalarına tabe olan İsveçrə AB-nin tətbiq etdiyi sanksiyaları tamamilə dəstəkləməsə də bəzi şəxslərə və firmalara məhdudiyyət qoymağı üstün tutur.

İsveçrə Mərkəzi Bankının 2012-ci il statistikalarına görə Rusiyanın İsveçrə banklarında təxminən 15 milyard dollar pulu var.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti