İranda evlərində it saxlayanlarla, yaxud küçədə it gəzdirənlərlə bağlı sərt cəza qanuni qüvvəyə minib.ANN.Az xəbər verir ki, indiyə qədər də ölkədə bəzi evlərdə it saxlayanlarla bağlı əxlaq polisi tədbir görür, heyvanlara əl qoyulurdu. Amma İran parlamenti bununla bağlı qanun layihəsini qəbul edib və innən belə it saxlayan iranlı ya 74 qırmancla döyüləcək, ya da döyülmək istəməyən İran vətəndaşı 420 - 4200 manat arası cərimə ödəməli olacaq.Bu qanun ovculara, polislərə və kəndlilərə şamil olunmayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !