Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Göygöl rayonunda yaşayan Məftun Hüseynli, Nofəl Hüseynov və Göygöl rayon sakini Samir Nəbiyev qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 10 sutka inzibati qaydada həbs edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !