• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

İt hücumu zamanı bunu edin

İt hücumu zamanı bunu edin
10.01.2017 22:56
Əgər bir it aqressiv davranırsa, ya insanlardan zərər görüb, ya da xəstəliyi var. Aqressiv itlə qarşılaşdığımızda hücum edəcək deyə çoxumuz qorxub qaçırıq. Amma qaçmaq da doğru deyil.
 
Aile.lent.az aqressiv itlə qarşılaşdığınızda necə davranmalı olduğunuzu təqdim edir. Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək.
 
Təşvişə düşməyin
 
İt və digər heyvanlar qorxunu hiss edir. Sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.
 
Yavaşlayın
 
Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq.
 
Göz təması qurmayın
 
İtin gözünün içinə baxmaq onu daha da özündən çıxarar.
 
Başını qatın
 
Hər hansı bir əşya ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey olarsa, əla. Amma bir şey yoxdursa, ayaqqabı, bel çantası, plastik şüşə kimi dişləniləcək bir şeylər verə bilərsiniz.
 
Getməsini istəyin
 
Əgər it aqressiv davranmağa davam edərsə, göz təmasından uzaqlaşın. Getməsi üçün istiqamət verin.  Səs tonunuza diqqət edin, güclü və özünüzdən əmin görünün. Çox kobud, şiddətli səslərdən xoşları gəlmir.
 
"Geri çəkil, get” deyə bilərsiniz. Sərt səs tonunda deyil, sakit bir şəkildə bu tapşırığı versəniz, it bunu anlaya biləcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol