İtaliya 2025-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək

17:01 | 28.11.2022
İtaliya 2025-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək

İtaliya 2025-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək

2025-ci ilə qədər İtaliyada Rusiya qazı tamamilə dəyişdiriləcək. Bu barədə  İtaliyanın "Eni” enerji şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Rusiya qazının İtaliya bazarında payı 6-7% təşkil edəcək. Hazırda Rusiya qazı 50% əvəzlənib.

Descalzi qeyd edib ki, İtaliya hakimiyyəti fevral ayından Afrika ölkələri, Yaxın və Uzaq Şərq və ABŞ-a üz tutaraq alternativ qaz tədarükü mənbələri axtarmağa başlayıb.

"Artıq biz 21-23 milyard kubmetr Rusiya qazının 50%-ni əvəz edə bilmişik və 2025-ci ildə 100%-i dəyişdiriləcək”, - Deskalzi izah edib.

Bundan əvvəl Descalzi bildirib ki, Rusiya qazının İtaliyaya tədarük həcmi ildə 7 milyard kubmetrə endirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb