• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

İtaliya Ermənistana 4 milyon avro "yardım" ayırıb

İtaliya Ermənistana 4 milyon avro
03.10.2023 16:33
İtaliya Qarabağdan Ermənistana köçənlərə "yardım" üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin İtaliya ofisinə 4 milyon avro ayırıb. Bu barədə Ermənistan mətbuatı İtaliya Xarici İşlər Nazirliyinin bəyanatına istinadan xəbər verib. 
 
""Böhran"dan ən çox "zərər çəkən" əhaliyə təcili "yardım" göstərmək üçün Qırmızı Xaç Cəmiyyətinə 4 milyon avro göndərilib", - açıqlamada deyilir. 
 
Sentyabrın 29-da Fransa hökuməti Ermənistana 5 ton "humanitar yardım" göndərib və bu yardım Qarabağdan Ermənistana qayıdan şəxslərə veriləcək.
 
Bundan əvvəl, ABŞ Qarabağ ermənilərinə humanitar yardım üçün 11,5 milyon dollar ayırmaq qərarına gəlib. 
 
Rəsmi Bakı Qarabağda yaşayan ermənilər üçün bir neçə yardım göndəərib. 
 
Belə ki,  22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşınında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi, 
sentyabrın 23-də 40 ton benzin, 24 ton dizel yanacağı, sentyabrın 25-də Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar, sentyabrın 26-da 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un yardım göndərilib. 

Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23 160 peçenye, 10 000 şokolad, 31 860 şüşə içməli su ilə təchiz ediliblər. 29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Armenia Airways barred from operating flights for six months
Dünya 12:30
Armenia Airways barred from operating flights for six months
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol