İtaliya gəmisi Türkiyə ərazi sularına girib

17:26 | 25.07.2024
İtaliya gəmisi Türkiyə ərazi sularına girib

İtaliya gəmisi Türkiyə ərazi sularına girib

Türkiyə hərbi gəmiləri İtaliya gəmisinin Egey dənizində Türkiyə ərazi sularına daxil olmaq cəhdinin qarşısını alıb. Bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, Egey dənizində Türkiyə dəniz yurisdiksiyasının cənub hissəsinə girməyə cəhd edən İtaliya gəmisinə ilk olaraq Türkiyənin ərazi sularına girmək üçün icazə tələb olunduğu barədə xəbərdarlıq edilib.

"İyulun 22-də yuxarıda adı çəkilən gəmiyə Türkiyənin ərazi sularına çıxmamaq barədə xəbərdarlıq edilib və gəmilərimiz onun qarşısını kəsib. Daha sonra koordinasiyadan sonra gəmiyə müəyyən koordinatlarda iş görmək icazəsi verildi və o, Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə kontinental şelfimizi tərk edərək fəaliyyətini başa vurdu. Sözügedən gəminin bölgədəki fəaliyyətləri dəniz qüvvələrimiz tərəfindən diqqətlə izlənilir”, -  məlumatda bildirilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM