İtaliya mətbuatı “Qarabağ”dan yazdı

12:50 | 11.05.2014
İtaliya mətbuatı “Qarabağ”dan yazdı

İtaliya mətbuatı “Qarabağ”dan yazdı

aliyanın “Tutto Calcio Estero” xəbər saytında Ağdamın “Qarabağ” klubunun Azərbaycan çempionu olması ilə bağlı məqalə yerləşdirilib.

Yazıda klubun yaranma tarixi haqqında məlumat verilir. Qeyd edilir ki, 1951-ci ildə əsası qoyulan “Qarabağ” klubu ilk dəfə 1993-cü ildə Azərbaycan çempionu olub. Bu tarix Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən gərgin dövrlərindən birinə təsadüf edir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdikdən sonra komanda ev oyunlarını doğma meydanından kənarda keçirmək məcburiyyətində qalıb.

ANSPRESS xəbər verir ki, müəllif oxucuların diqqətinə çatdırır ki, Bakının “İnter” klubu ilə qarşılaşan Ağdamın “Qarabağ” komandası rəqibini 4-1 hesabı ilə məğlub edərək 21 ildən sonra yenidən Azərbaycan çempionu adını qazanıb. 

Beləliklə, Azərbaycanı növbəti UEFA Çempionlar Liqası yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edəcək. 

Klubun belə bir uğur əldə etməsində məşqçi Qurban Qurbanov mühüm rol oynayıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM