Avropaya inteqrasiya tərəfdarı olan Napolitano ötən ilin dekabr ayında vəzifədən gedəcəyinə dair açıqlama vermişdi. Ölkənin baş naziri Matteo Renci Napolitanoya İtaliya xalqına göstərdiyi xidmətinə görə təşəkkür edib.
İtaliyada prezident ölkə konstitusiyasına əsasən, parlament tərəfindən səsvermə yolu ilə seçilir.
Prezidentin ölkədə cərəryan edən siyasi hadisələrə ciddi təsiri olmasa da, baş naziri seçmək və parlamenti buraxmaq səlahiyyətləri var.
Hələlik Napolitanonu əvəz edəcək real namizəd isə, yoxdur.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !