Serco Mattarella: "Bunun qarşısının alınmasında Avropanın üzərinə böyük məsuliyyət düşür
"Allaha fanatik inam hissi ilə yoğrulan terrorçuluğun hədəfi Aralıq dənizi bölgəsində, Yaxın Şərqdə və Afrikada III Dünya müharibəsini başlatmağa yönəlib. Bizim borcumuz bunu dayandırmaqdır".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Serco Mattarella 35-ci "Rimini görüşü"nün açılışındakı çıxışında bildirib. Bu tədbirə dünyanın tanınmış din xadimləri, siyasətçiləri və iş adamları toplaşıblar. Toplantı İtaliyanın Rimini şəhərində keçirilir.
S.Mattarella bu prosesin qarşısının alınmasında üzərlərinə düşən öhdəlikləri sadalayıb: "Bura nifrətin aradan qaldırılması, etimad qazanmaq, dünyanın gücünün üstünlüyünü nümayiş etdirmək daxildir. Bunun qarşısının alınmasında Avropanın üzərinə böyük məsuliyyət düşür. Ona görə də təkallahlı dinlə danışıqlar bizim monoteist və plüralist cəmiyyətimizi inkişaf etdirə bilər. Populist və milliyyətçi hərəkatların dirçəlməsini kənardan müşahidə etməyimiz yetər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !