İtaliya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır

18:45 | 30.05.2023
İtaliya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır

İtaliya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır


İtaliya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni paket hazırlayır.

İtaliyanın müdafiə naziri Quido Krosettonin Parlamentin təhlükəsizlik üzrə xüsusi komitəsinin (Copasir) iclasındakı bugünkü çıxışı hərbi yardım məsələsinə həsr olunub.

Nazirin sözlərinə görə, ölkəsi Ukraynaya yeni, yeddinci hərbi yardım paketi hazırlayır, lakin tam siyahı məxfilik şəraitində saxlanılıb və iclas zamanı açıqlanmayıb.

İtaliya hökuməti ötən ilin mart ayından etibarən 1 – 1,5 milyard avroluq altı yardım paketi çərçivəsində hərbi geyimlər, silahlar və digər ləvazimatlar tədarük edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM