İtaliyada 101 yaşlı kişi koronavirusa qalib gəldi

10:09 | 28.03.2020
"Cənab Pi” təxəllüslü 101 yaşlı İtaliya vətəndaşı  COVID-19 virusuna qalib gəlib və evə buraxılıb, bunu Rimini şəhərinin vitse-meri Qloriya Lizi bildirib.

"Cənab Pi"-ni İtaliyada fenomen adlandırırlar. O, 1919-cu ildə ən çox insan ölümünə səbəb olan ispan qripinin ("ispanka”) tüğyan etdiyi bir dövrdə anadan olub. Həm yoluxmuş, həm də ölən insanların sayına görə hətta bu gün də "ispanka”nı bəşəriyyət tarixi boyu qripin ən kütləvi pandemiyası adlandırırlar.

Bir əsr keçdikdən sonra "Cənab Pi" yeni epidemiya ilə qarşılaşsa da, ahıl yaşına baxmayaraq, ona qalib gələ bilib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM