İtaliyada 40 mafiya üzvü həbs olundu

22:02 | 07.07.2015
İtaliyada 40 mafiya üzvü həbs olundu

İtaliyada 40 mafiya üzvü həbs olundu

İtaliyada mafiyaya qarşı mübarizə çərçivəsində böyük miqyaslı əməliyyat keçirilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 40 nəfər saxlanılıb.

Həbs olunanların hamısı İtaliyanın cənubundakı Bari şəhərində fəaliyyət göstərən Strişulo mafiya klanına məxsusdurlar. Əməliyyatın gedişində həbs olunanların yerli qəbiristanlıqda saxladıqları silah anbarı da aşkarlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, bu klan uzun illər ərzində Baridə iqtisadi sektoru, o cümlədən tikintini nəzarətdə saxlayıblar və iş adamlarından rüşvət alıblar. Bundan əlavə, istintaqın məlumatına görə, klanın yerli futbol klubuna azarkeşlərin təşkilinə də təsiri olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM