• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

İtaliyada beynəlxalq qeyri-qanuni yayım şəbəkəsi aşkarlanıb

İtaliyada beynəlxalq qeyri-qanuni yayım şəbəkəsi aşkarlanıb
27.11.2024 15:44
İtaliya polisi digər Aİ ölkələrinin hüquq-mühafizə orqanları ilə birlikdə 22 milyondan çox insanın istifadə etdiyi beynəlxalq qeyri-qanuni yayım şəbəkəsini aşkar edib. Bu barədə Fanpage Kataniya polisinə istinadən xəbər verir.


Açıqlamaya görə, bu, İtaliya və Avropada audiovizual sektorda həyata keçirilən ən böyük antipirat əməliyyatı olub. Belə ki, İtaliya polis bölməsinin kibercinayətlərin araşdırılması üzrə ixtisaslaşmış 270-dən çox əməkdaşı ölkənin 15 regionunda 89 axtarış aparıb.


Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya, Hollandiya, İsveç, İsveçrə, Rumıniya və Xorvatiyada da 14 axtarış aparılıb.


Xorvatiya polisinin qeyri-qanuni yayım şəbəkəsində iştirakda şübhəli bilinərək 11 nəfəri saxladığı bildirilir.


İtaliya polisi hələlik bütün məlumatları açıqlamayıb, noyabrın 27-nə planlaşdırılan mətbuat konfransı çərçivəsində əməliyyatın təfərrüatlarını açıqlamağa söz verib.


Fanpage vurğulayır ki, audiovizual piratçılıq təkcə müəllif hüquqlarının qorunması üçün deyil, həm də məzmun istehsalının iqtisadiyyatı üçün ciddi problem yaradır. Əyləncə sənayesi piratçılıq səbəbindən hər il milyardlarla dollar itkiyə məruz qalır, istehsalçılar və məzmun yaradıcıları tərəfindən böyüməyə və investisiyaya mane olur.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Türkmənistana gedib
Dünya 18:33
Ərdoğan Türkmənistana gedib
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol