İtaliyanın Milan-Kremona avtomobil yolunda işləyən fahişələr məcburi şəkildə vahid forma geyinməli olacaqlar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Spino-d`Adda şəhərinin meri yollarda təhlükəsizliyi təmin etmək üçün fahişələrin öz üzərlərinə işıqlı jiletlər, mini yubkaların yerinə isə şalvar geyinmələrini tələb edib.
Məmurların fikrincə, yüngül əxlaqlı qadınlar yollarda təhlükəli situasiya yaradırlar və buna görə də yol işçiləri kimi vahid forma geyinməlidirlər. Güman olunur ki, yeni qanun sentyabr ayından qüvvəyə minəcək. Yeni qaydaları pozanlar isə 500 avro cəzalandırılacaqlar.
"The İndependent” qəzetinin yazdığına görə, Milanda "Ekspo-2015” sərgisinin keçirilməsi ilə əlaqədar fahişələrin sayı 15 minə qədər artıb. İtaliyada fahişəlik qanunla leqaldır, amma fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti möcvuddur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !