İtaliyada həkimlər arasında koronavirusa yoluxma artıb

14:30 | 24.10.2021
İtaliyada həkimlər arasında koronavirusa yoluxma artıb

İtaliyada həkimlər arasında koronavirusa yoluxma artıb

İtaliyada tibb işçiləri arasında koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir həftə ərzində 306-dan 371-ə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi yanında Ali Sağlamlıq İnstitutu tərəfindən nəşr olunan statistik hesabatda deyilir.
Belə ki, son 30 gündə təxminən 1,5 min həkim koronavirusa yoluxub.
Qeyd edək ki, İtaliyada məcburi peyvəndlər tibb işçilərinə şamil olunur.

Eyni zamanda, avqust ayından etibarən əhali arasında yoluxma hallarının sayı azalıb.

Pandemiyanın bütün dövrü ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 131 802 nəfərə çatıb. Yoluxanların ümumi sayı 4 737 462 nəfərə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb