ANN.Az dünya mətbuatına istinadın xəbər verir ki, saxlanılanlar arasında siyasətçilər, bürokratlar və iş adamları da var. Əməliyyat 2 ildir davam edən izləmələrdən sonra baş tutub.
İtalyan Jandarma Mütəşəkkil Cinayət və Terrorla Mübarizə Təşkilatı şübhəli qismində 37 nəfəri nəzarətə götürüb. 100 nəfər haqqında isə "mütəşəkkil cinayətkar qrup yaratmaq və üzvü olmaq, saxtakarlıq, çirkli pulların yuyulması, xərac alma və korrupsiya" iddiaları ilə bağlı araşdırma başlayıb.
Əməliyyat çərçivəsində 200 milyon avroya əl qoyulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !