İtaliyada qeyi-adi qadağa

12:30 | 22.11.2014
İtaliyada qeyi-adi qadağa

İtaliyada qeyi-adi qadağa

Turistlərin axın etdiyi İtalyanın Venesiya şəhərində təkərli çamadanların istifadəsi qadağan edilir. 

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bundan sonra şəhərə əlində təkərli çamadanlar gedən turistlər 100-500 avro arasında cərimələnəcəklər. 

Venesiya xüsusi komissarı Vittoria Zappalorta məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ağır və sərt təkərləri olan çamadanları şəhərdə hərəkət etdirərkən çıxardıqları gurultulu səslərdən dolayı insanlar narahat olurlar. 

O qeyd edib ki, bu şəhərə ildə 20 min turist gəlir. Onların təkərli çəmadanlarının ətrafa saldığı səs artıq dözülməz hala gəlib. Belə ki, şəhəri ziyarət edən turistlərə daha az səs çıxaran və əldə daşına biləcək çamadanlar məsləhət görülüb. 

Qeyd dək ki, bu qadağa şəhər sakinləri aid edilməyəcək. Təkərli çamadan qadağasının 2015-ci ilin may ayından əvvəl həyata keçirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM