İtaliya prokurorları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə bağlı Baş nazir Giorgia Meloni və iki hökumət nazirinə qarşı araşdırmalara başlayıb.Xarici KİV-lər xəbər verir ki, bu barədə Meloni özü məlumat yayıb.
Cinayətə köməklik etmək və dövlət vəsaitindən sui-istifadə etmək iddiasıyla təhqiqat aparıldığını deyən Meloni şantaja təslim olmayacağını deyib.
"Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə İtaliyanın dəyişməsini və yaxşılaşmasını istəməyənlər məni sevmirlər", - deyə baş nazir qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !