İtaliyanın dövlət borcu 3 trilyon avroya çatıb

16:49 | 15.07.2024
İtaliyanın dövlət borcu 3 trilyon avroya çatıb

İtaliyanın dövlət borcu 3 trilyon avroya çatıb

İtaliyanın dövlət borcu 1,3 milyard avro artaraq 3 trilyon avroya çatıb. Bu brədə İtaliya Mərkəzi Bankı məlumat yayıb.  
 
Bildirilib ki, İtaliyanın xarici borcu AB üzv ölkələri arasında ən yüksək borclardan biridir. Eyni zamanda, Roma bir neçə ildir ki, borcla ÜDM-in 140%-ə yaxın olan nisbətini azalda bilmir.

2023-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları keçib. Ən çox borcu olan ölkə ABŞ- dır . ABŞ-ın borcu hazırda 37,5 trilyon dollar təşkil edir ki, bu da dünya iqtisadiyyatının 35,6%-ni təşkil edir. 
 
Çin 14,9 trilyon dollarlıq dövlət borcu ilə ikinci yerdədir.

Ötən il Rusiya dollarla borcunu G20 ölkələri arasında ən çox - 12% azaldaraq 285 milyard dollara endirib.

Bundan əvvəl Azərbaycan maliyyə naziri Samir Şərifov da bildirib ki, hazırda Azərbaycanın 5 milyard dollar borcu var, həmin borcun 10 milyard dollara çatdırılması gözlənilir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM