İtalyan şirkətləri İran iqtisadiyyatına 4 milyard avro sərmayə qoymaq fikrindədir.
Oxu.Az İran.ru-ya istinadən xəbər verir ki, İranın Dağ mədəni və dağ emalı sənayesinin inkişafı və modernizasiyası Təşkilatının (İMİDRO) məlumatına əsasən, iki italyan şirkəti Danieli və Fata Groupun rəhbərləri İİR İtaliyaya səfəri ərəfəsində İranın sənayə, mədən və ticarət nazirinin müavini, İMİDRO-nun direktoru Mehdi Karabasiyan ilə görüşdə, adı çəkilən şirkətlərin İranın polad əritmə və aluminium sənayəsinə 4 milyard avro investisiya yatırmaq barədə təkliflərini irəli sürüblər.
Danieli şirkətinin direktoru əsasən dağ-mədəni sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi fikrində olduğunu bildirib.
Xatırlatmaq lazımdır ki, İran İslam Respublikasının perspektivli inkişafı proqramına əsasən, 2025-ci ilə qədər, istehsalın həcmi ildə 55 milyon t-a qədər çatdırılmış olmalıdır və 10 il sonra alüminium külçələrinin istehsalın həcmi, gözlənildiyi kimi, ildə 1,2 milyon t təşkil edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !