Kənd sakini iti boğaraq öldürür - DİN-dən AÇIQLAMA

09:34 | 04.03.2022
Kənd sakini iti boğaraq öldürür - DİN-dən AÇIQLAMA

Kənd sakini iti boğaraq öldürür - DİN-dən AÇIQLAMA

Xaçmazın Gödəkli kənd sakini sahibsiz itləri hər gün boğaraq öldürür, bu barədə heyvan hüquqları müdafiəçisi Nicat İsmayıl özünün feysbuk hesabında paylaşım edib.

Nicat İsmayılın sözlərinə görə, hadisə birinci dəfədir baş vermir.

"Sahibsiz itləri ilk dəfədir öldürmür, lakin videoya çəkən yox idi. Nəhayət ki, əlimizdə videofakt var", deyə o bildirdi.
 


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən anews.az-a bildirildi ki, Xaçmazda iti asaraq öldürən 86 yaşlı kişi artıq saxlanılıb.
 
"Hadisə fevralın 19-da Xaçmazda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini, 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb", - deyə DİN-dən məlumat verildi. 
 
Azərbaycan Respublikası 2007-ci ildə "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşularaq öz üzərinə ev heyvanları ilə yanaşı bütün canlılara hörmətlə yanaşmağın insan üçün mənəvi bir borc olduğunu öhdəsinə götürüb. Konvensiyasının müddəaları nəinki ev heyvanları, həm də zəruri olduğu halda sahibsiz heyvanlara da aid olunur.
 
İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi yalnız heyvanlarla rəhimsiz rəftar etməyə görə 500 manat cərimə təyin edib. Bundan əlavə isə ekologiya verilən zərərlə yanaşı insan və ya heyvanlara dəyən zərərə görə və qanunsuz ovçuluğa görə sanksiyalar nəzərdə tutulub. 
 
Ləman Qasımova








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb