İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil verildi

12:16 | 13.02.2021
İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil verildi

İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil verildi

Cari il fevralın 12-də Azərbaycan Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti xəbər verir.

Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq həyata keçirilir. 

Daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir.


 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM