İtkin düşmüş Müsavat Partiyası fəalının qətlə yetirildiyi məlum olub

15:43 | 14.05.2024
İtkin düşmüş Müsavat Partiyası fəalının qətlə yetirildiyi məlum olub

İtkin düşmüş Müsavat Partiyası fəalının qətlə yetirildiyi məlum olub

İtkin düşmüş Müsavat Partiyası fəalı Natiq Mehdi ölüdürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib 
 
"Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, 1964 ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 66 təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Elsəvət İslamov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda hadisə ile bağlı araşdırma aparılır", - cavabda qeyd olunub.
 
Natiq Mehdi mayın 4-ü Müsavat Partiyasının XI qurultayında başqanlığa namizəd olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM