• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

İtkin və əsir düşən əsgərlərimizlə bağlı nə tədbir görülür?

İtkin və əsir düşən əsgərlərimizlə bağlı nə tədbir görülür?
21.11.2020 13:20
"Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Azərbaycan hələ şəhid və yaralılar, o cümlədən itikin düşmüş hesab edilə biləcək şəxslərlə bağlı rəsmi məlumat yaymayıb".


Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. O bildirib ki, bu məsələyə rəsmi açıqlama verildikdən sonra hər şeyə aydınlıq gələcək:


"Hamı əmin olsun ki, bütün qurumlarımız lazım olan ən zəruri tədbirləri ən yüksək səviyyədə görürlər. Azərbaycan 44 günlük müharibədə qəti qələbə və tarixi zəfər əldə edib. Hər şeydən öncə biz bu qələbəni Azərbaycan əsgərinə, qazilərimizə və şəhidlərimizə borcluyuq. Xalqımızın qürürunu, ərazi bütövlüyümüzün bərpa edilməsini onlar təmin edib. Döyüş meydanında misli görünməmiş igidlik, cəsarət, rəşadət nümayiş etdiriblər. Şuşamızı əlbəyaxa savaşda qəhrəmanlıq göstərərək azad ediblər. Biz şanlı ordumuzla, onun müzəffər Ali Baş Komandanı ilə nə qədər fəxr etsək azdır. Ancaq bu da bir həqiqətdir ki, müharibələrdə mütləq itkilər də olur. Əsgərlərimizin bir qismi şəhidlik zirvəsinə ucalır, bəzi hallarda isə itkin düşənlər də olur. Vətən savaşımızda da çox təssüf ki, itkin düşənlərimiz də ola bilər".


Hikmət Babaoğlu qeyd edib ki, itkilərimizin az olması üçün maksimum səylər göstərildi:


"Ancaq müharibə reallığı da öz sözünü dedi. Hazırda baş vermiş bütün hallarla bağlı uyğun qurumlar tərəfindən müvafiq işlər aparılır".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol