İtmiş uşaq “WhatsApp”la tapıldı

09:30 | 09.03.2014
İtmiş uşaq “WhatsApp”la tapıldı

İtmiş uşaq “WhatsApp”la tapıldı

Hindistanda maraqlı bir hadisə yaşanıb.

ANS PRESS-in xəbərinə görə, Hindistanda 11 yaşlı itkin düşmüş uşağı axtaran polislər uşağın şəklini "WhatsApp"dan vətəndaşlara göndərib.

Uşağın atası Paramjit Sinq oğlunun səhər erkəndən velosipediylə evdən çıxdığını və saatlarla evə dönmədiyini görüb polisə xəbər verdiyi deyilir.

Şimaldakı Bareylli şəhərinin polisi bölgədəki bir çox telefon şəbəkəsinə uşağın şəklini göndərmək üçün "WhatsApp"ın mesaj xidmətini istifadə edib. Qatarda səfər zamanı sərnişinlərdən biri mesajı görüb və yanında oturan uşağı tanıyaraq polisə xəbər verib.

Polis məmuru Sinq uşağı tapmaq üçün onun şəkilli afişalarını şəhərin hər yerinə asdıklarını, rəqəmsal surətini isə "WhatsApp" vasitəsilə ümumi mesaj şəklində göndərdiklərini bildirib və mesajlardan biri təsadüfən doğru adama çatıb.

Qeyd edək ki, Hindistanda 900 milyon mobil telefon istifadəçisi var və "WhatsApp" tətbiqi ölkədə çox populyardır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM