İTV-də Çingiz Aslanovu əvəz edəcək şəxs bəlli oldu

18:14 | 05.12.2013
İTV-də Çingiz Aslanovu əvəz edəcək şəxs bəlli oldu

İTV-də Çingiz Aslanovu əvəz edəcək şəxs bəlli oldu

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) baş verən ciddi kadr dəyişikliklərindən sonra telekanalda maraqlı proseslər baş verməkdədir. AzNews.az-ın məlumatına görə, İTV-də əsas müavinlərdən biri olan Çingiz Aslanov işdən kənarlaşdırılandan sonra televiziyada gözlənilməz situasiya yaranıb. Belə ki, daha əvvəl Ç. Aslanovun oturduğu, digərlərindən yüksək komfortuna görə, fərqlənən və 5-ci mərtəbədə yerləşən kabinetinə yiyələnmək mühüm məsələlərdən biri olub. Bu kabinetə isə baş direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədov yiyələnə bilib. Bu isə o deməkdir ki, Şaiq Məmmədov İTV-də ikinci şəxsə çevrilib. Onun bu posta rəcmən təsdiqlənib-təsdiqlənmədiyini İTV-dən dəqiqləşdirmək cəhdimiz baş tutmadı. Amma televiziyadakı mənbəmiz əminliklə bildirir ki, artıq Ş.Məmmədov artıq həmin otaqda fəaliyyət göstərir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM