“Onlar istefa ərizəsi yazmayıb. Sadəcə, ITV ilə bağladıqları müqavilələrin müddətləri bitib. Belə görünür ki, onlarla əmək müqaviləsi imzalanmayacaq”. Bunu İTV-dən verilən rəsmi açıqlamada bildiriblər.
Qeyd edək ki, bu gün “aznews.az” İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın istefa verdiyi barədə xəbər yayıb.
İTV-dən Modern.az-a verilən məlumata görə, sözügedən şəxslərlə bağlı hələ son qərar verilməyib: “Hələlik dəqiqləşdirmələr aparılır. Ancaq istefa söhbəti yoxdur. İstefa ərizəsi kadrlar şöbəsinə, yaxud rəhbərliyə hələ ki, daxil olmayıb. Ümumiyyətlə, vəzifələri imkan vermir ki, onlar istefa ərizəsi yazsın”.
ANN.Az