Anews.az xəbər verir ki, festivalın bu ilki mövzusu "Əlillik” adlanır.
Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərini təqdim edəcək. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar. Festivalda Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq. Açılış və bağlanış mərasimləri Azərbaycan və ingilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək. Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.
Festival Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı, Salaam Cinema və ARTIM Layihə məkanında baş tutacaq.
Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri https://hadigro.com/en/activities/3305b1f/animafilm-festivali-4-cu-animafilm-beynelxalq-animasiya-festivali linkininə daxil olaraq əldə etmək olar. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək. Əlilliyi olan şəxslərin ifestivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək.
Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.
Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !