IV Qlobal Bakı Forumunun təqdimatı oldu

20:33 | 16.02.2016
IV Qlobal Bakı Forumunun təqdimatı oldu

IV Qlobal Bakı Forumunun təqdimatı oldu

Fevralın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ofisində IV Qlobal Bakı Forumunun təqdimatı olub

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində Avropa İttifaqı, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın fövqaladə və səlahiyyətli səfirləri və işlər vəkilləri iştirak edib.

Həmçinin, Polşa, Portuqaliya, Əfqanıstan, Belçika, Bolqarıstan, Xorvatiya, Misir, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Moldova, Meksika, Pakistan,  Rumınya, Rusiya,Səudiyyə Ərəbistanın səfirləri və  işlər vəkilləri də təqdimata qatılıb.  Təqdimat zamanı səlahiyyətli səfirlərlə mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda ölkə rəhbərlərinin iştirakı, Forumun əhəmiyyəti və gündəliyinə dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.  IV Qlobal Bakı Forumunda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-dən çox  nümayəndənin iştirakı gözlənilir.  

 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM