"Biz Azərbaycan tərəfinə minnətdarıq, amma...”.
Sabiq baş nazir, iqtidar "Qruzinskaya meçta” partiyasının təsisçisi Bidzina İvanişvili çərşənbə axşamı Gürcüstana qaz tədarükünün, o cümlədən Qazprom ilə danışıqlar hesabına diversifikasiya ideyasını dəstəkləyib, Oxu.Az "Vzqlyad” qəzetinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya qazını bütün Avropa alır və əgər Gürcüstan da onu almağa başlasa, burada kriminal heç nə yoxdur.
O, Gürcüstanın Rusiya qazının Ermənistana tranziti üçün uzun zamandır ki, pay aldığını xatırladıb.
"Bazarın diversifikasiyasında, biznesmenlərə istədikləri yerdən qaz almağa imkan verilməsində pis heç nə görmürəm”, Bidzina İvanişvili bəyan edib.
"Biz, o cümlədən də mən özüm İran qazının Gürcüstana tədarükü işində fəalıq”, hal-hazırda "Vətəndaş” qeyri-hökumət təşkilatına rəhbərlik edən milyarder bəyan edib.
Azərbaycan qazının Rusiya qazından ucuz olması barədə sualı şərh edərkən, o biznesmənlərin bahalı alacaq qədər ağılsız olmadıqlarını bildirib.
"Biz Azərbaycan tərəfinə SOCAR (Gürcüstana qaz tədarük edən) şirkətinə minnətdarıq, amma yalnız bir şirkətin inhisarçı olmaması yalnız yaxşıdır”, - o deyib.
Onun sözlərinə görə, bu barədə Bakıda heç bir narahatçılıq yoxdur.
Gürcüstan Nazirlər Kabinetinin sabiq rəhbəri, SOCAR rəhbərliyi ilə yaxşı tanış olduğunu qeyd edib.
Bu ərəfədə Qazprom rəhbəri Aleksey Miller Milanda baş nazirin müavini və energetika və təbii sərvətlər naziri Kaxaber Kaladze ilə Gürcüstandan mümkün tranziti müzakirə edib.
"Görüşdə Rusiya qazının Gürcüstan ərazisindən keçərək tranziti və onun kommersiya tədarükünün məsələləri nəzərdən keçirilib”, - Qazpromun yaydığı məlumatda deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !