Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.
Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, bu bəyanatla “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında çıxış edib.
“Mən çox effektli hökumət qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacam”, - Bidzina İvanişvili deyib.
İvanişvili bildirib ki, partiyanın sədri hazırkı baş nazir İrakli Qaribaşvili olacaq.
Qaynar.info
Bizi sosial şəbəkələrdə izləyin !