Gürcüstanın baş naziri İraklı Qaribaşvili Vaxtanq Qomelaurini daxili işlər naziri vəzifəsinə təyin edib.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yeni nazir hökumətə bu gün təqdim olunub.
V.Qomelauri 1975-ci ildə anadan olub. 2001-ci ildə Gürcüstan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2013-cü ilədək Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin mühafizə xidmətinin başçısı olub.
Yanvarın 23-də keçmiş daxili işlər naziri Alkesandr Çikaidze istefa verdikdən sonra onun səlahiyyətlərini icra edib.
İki övlad atasıdır, gürcü, ingilis və rus dillərini bilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !