İvanka Trampı heyran qoyan Reyhan alim olmaq istəyir - VİDEO

15:08 | 01.12.2017
İvanka Trampı heyran qoyan Reyhan alim olmaq istəyir - VİDEO

İvanka Trampı heyran qoyan Reyhan alim olmaq istəyir - VİDEO

ABŞ prezidentinin baş müşaviri İvanka Trampın təriflədiyi 15 yaşlı Reyhan Camalova "ARB Günəş”-də yayımlanan "Biz gələcəyik” verilişində qonaq olub.

Məktəbli proqramda öz layihəsi haqqında məlumat verib.

Reyhan Camalova: "Bizim layihəmizin əsas məqsədi yağışdan enerji almaqdır. Yağış suları yağış toplayıcısında toplanır. Daha sonra yüksək təzyiqlə aşağıdakı çarxı fırladır, bu da enerji yaradır. Biz də bu enerjini akkumulyatorda toplayırıq ki, daha sonra insanlar bu enerjidən istifadə etsinlər”.

Reyhan Camalovanın layihəsinə əsasən dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, yağıntıdan potensial enerji kimi istifadə etmə olar. O, öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci qurğusunu yaradıb.

O, gələcəkdə tanınmış elm adamı olmaq və Nobel mükafatı qazanmaq arzusundadır.

Gənc ixtiraçı çox kiçik yaşda qazandığı uğurun sirrini açıqlayıb: "Çox çalışmaq lazımdır. Təslim olmaq lazım deyil. Ailəm və dostlarım mənə çox dəstək oldu. Gələcəkdə də elm adamı olaraq, alim olmaq istəyirəm”.

Qeyd edək ki, ABŞ prezidentinin baş müşaviri İvanka Tramp Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın təqdim etdiyi layihəni bəyənib və onun haqqında xoş sözlər deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti