Moskvanın Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini martın 23-dək uzadıb.Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
"Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.
Timur İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !