İyulda xaricdə təhsil alan 260 nəfərin diplomu tanınmayıb

17:34 | 02.08.2023
İyulda  xaricdə təhsil alan 260 nəfərin diplomu tanınmayıb

İyulda xaricdə təhsil alan 260 nəfərin diplomu tanınmayıb

2023-cü ilin iyulunda Xaricdə təhsil alanların diplomlarının tanınması üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilib. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən nəlumat verilib.
 
Bildirilir ki, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Məlumata görə, dövlət nümunəli olmayan diplom səbəbilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, bizensin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarovanın sözlərinə görə, ilin sonuna kimi daha 8 ixtisas üzrə tanınma həyata keçiriləcək. Dayə, bağban, əməliyyatçı-mühasib, dərzi, bitkiçilik, heyvandarlıq və müraciət sayına uyğun digər iki ixtisas da müəyyən ediləcək.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti