İyulun sonuna kimi ATƏT-in müşahidəçiləri Bakıya gələcək

11:07 | 24.07.2024
İyulun sonuna kimi ATƏT-in müşahidəçiləri Bakıya gələcək

İyulun sonuna kimi ATƏT-in müşahidəçiləri Bakıya gələcək

ATƏT-in uzunmüddətli müşahidəçiləri iyulun sonuna kimi Bakıya gələcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.  
 
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Xarici İşlər Nazirliyindən 7 beynəlxalq təşkilara, Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. 
 
Dəvətlilər içində seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) adı yoxdur. 
 
Buna əsas səbəb Avropa Şurası və onun Parlament Assambleyasının artıq neçə ildir Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir.
 
Mənbə onu da diqqətə çatdırıb ki, AŞPA müşahidəçi missiyasının seçkilərdə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatının tanınmasından sonra müzakirə oluna bilər.
 
Bu il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ məhdudlaşdırılıb və səlahiyyətləri sual altına alınıb. Azərbaycan nümayəndə heyəti öz növbəsində bu qərardan öncə qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM