İyunda 71 nəfərin diplomu tanınmayıb

12:34 | 08.07.2024
İyunda 71 nəfərin diplomu tanınmayıb

İyunda 71 nəfərin diplomu tanınmayıb

İyunda xaricdə təhsil alan 71 nəfərin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
 
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

"Azərbaycan üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 91, Rusiyadan 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşadan 5, Amerika Birləşmiş Ştatlarından 3, Fransadan 2, İtaliyadan 2, Koreyadan 2, Qazaxıstandan 2, Almaniyadan 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çindən 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb", - məlumatda deyilir. 
 
2023-cü il xaricdə təhsil alan 117 nəfərin diplomu tanınmayıb. 
 
Hazırda Azərbaycan ali təhsil müəssisələrində 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan, Suriya, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edir.

Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti