Yas mərasimlərinə çox adamın yığışması vacib deyil

18:44 | 28.05.2020
Yas mərasimlərinə çox adamın yığışması vacib deyil

Yas mərasimlərinə çox adamın yığışması vacib deyil

Azərbaycanda COVİD-19 pandemiyası dəfn mərasimlərinin də keçirilməsi qaydalarına təsir edib və yumşalmaan sonra insanlar daha çox yas yerlərinə toplaşmağa can atırlar. Amma yas mərasimləri dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir, bunu dinşünas Hacı Fuad Pənahlı bildirib. 
 
Onun sözlərinə görə, dəfn mərasimində nə qədər çox adam iştirak dərsə təbii ölmüş adama bir  o qdər artıq  rəhmət oxunar,  dəfnin səbəbkarının ruhu şad olar. Amma hər şey karantin qaydaları çərçivəsində olmalıdır.
 
"Adamların çox olması xəstəliyin  artmasına səbəb olacaqsa dinimiz deyir ki, bunu etmək olmaz. Zərurət şəraitində ən yaxın adamların iştirakı tövsiyyə olunur və adamlar dəfn mərasimində az adamın iştirak etməsindən narahat olmamalıdırlar", - deyə dinşünas  vurğulayıb. 


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb