İzmirdə döyülən ukraynalı modellə bağlı təhqiqat başladı

20:30 | 04.08.2020
İzmirdə döyülən ukraynalı modellə bağlı təhqiqat başladı

İzmirdə döyülən ukraynalı modellə bağlı təhqiqat başladı

İzmirdə çimərlikdə rəfiqələri ilə birgə döyülən ukraynalı modellin məsələsi nazirlik tərəfindən nəzarətə götürülüb.

Yenisabah.az Türkiyə mətbuatına istiadən xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bu haqda sosial hesabında açıqlama verib. 
Hadisə yerində olan şübhəli  şəxslər dindirildikdən sonra sərbəst buraxılıblar. 

Xatırladaq ki, Ukraynalı məşhur model Darya Kuruliyuk ötən gün İzmirin Çeşmə bölgəsində yerləşən nüfuzlu çimərliklərin birində vəhşicəsinə döyülüb.
Türkiyə mətbuatının yazdığına görə adı çəkilən "Momo" çimərliyində bu cür hadisələr tez-tez baş verir. Ötən il çimərliyin ofisiantları günəşlənən gənc qadının üzərinə buz tökmüşdülər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti