İzmirdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir

09:12 | 24.02.2014
İzmirdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir

İzmirdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir

 Bu gün Türkiyənin İzmir Şəhərində Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil Müşavirliyi  və Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Dünya Xocalını anladır, sən də anlat” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın İzmirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin İzmirdəki təmsilçisi İdris Kara Əhmədoğlu bildirib ki, layihə dünyada ilk dəfə həyata keçirilir və layihənin məqsədi Azərbaycan xalqının Xocalıda yaşadığı soyqırımın dünyaya çatdırılmasıdır. O deyib ki, layihədə 29 ölkədən 53 tələbə iştirak edib.    Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova bildirib ki, Xocalı soyqırımı adlı bir dərd Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək və Azərbaycan xalqı 22 ildir ki, bu dərdlə yaşayır. N. Nəsibova Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində layihənin əhəmiyyətini vurğulayıb. 9 Eylül Universitetinin dosenti Vəfa Qurban çıxışında Xocalı soyqırımını sadəcə erməni-türk məsələsi deyil, insanlığa qarşı bir cinayət adlandırıb. O, tələbələrin layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək, layihənin soyqırımın dünyaya çatdırılmasına böyük töhfə verəcəyini diqqətə çatdırıb. Sonra  layihə video çarx şəklində nümayiş etdirilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Ənvər Özərən deyib ki, 1990-ci ilin 20 Yanvar faciəsindən iki il sonra, Azərbaycan xalqı Xocalıda yenidən bir faciə yaşayıb. Onun sözlərinə görə, bu gün Xocalı soyqırımının tanıdılması üçün tədbirlər keçirilməli, bir çox layihələr hazırlanmalıdır: “Ona görə ki, dünya bir də belə bir soyqırımı yaşamasın. Görülən işlərin nəticəsidir ki, hazırda Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələrində, parlamentlərində müzakirəyə çıxarılıb, bu faciə soyqırımı aktı kimi tanınıb”.   Milli Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında bildirib ki, Xocalı soyqırımı Türkiyə və Azərbaycanın ortaq dərdidir. O, qeyd edib ki, Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyib: “Xocalıda uşaqlara, qadınlara, qocalara aman verilməyib, vəhşicəsinə qətlə yetirilib. Ailələr məhv edilib. Bunlar hamısı müasir dünyanın gözü önündə baş verdi. Bu faciə müasir dünyanın bir utancıdır. Ona görə də bu soyqırımın təbliği, dünyanın Xocalıda baş verənlərə öz etirazını bildirməsi baxımından önəmlidir”.   Sonda layihədə iştirakçıları mükafatlandırılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb