İzzət Bağırovun köməkçisi həbs edildi

14:01 | 09.09.2017
İzzət Bağırovun köməkçisi həbs edildi

İzzət Bağırovun köməkçisi həbs edildi

Müğənni İzzət Bağırovun cangüdəni Elçin Cabbarlı "Neolit” restoranında baş verən davaya görə həbs edilib.

Femida.az -ın əldə etdiyi məlumata görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 31 avqust tarixində "Neolit” restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər.

Ad günü məclisində davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM